Salah ölkəsinin bombardiri oldu

14.11.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məhəmməd Salah Misir milli komandasının heyətində ən çox qol vuran oyunçu olub.

Sportal.az xəbər verir ki, "Trabzonspor"da çıxış edən Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən oyunda (5:0) dubl edib.

Bununla da milli komandada vurduğu qolların sayını 70-ə çatdırıb və ölkə rekordunu yeniləyib. O, 176 oyunda 69 qol vuran Hossam Hasani geridə qoyub. Salah isə bu göstəriciyə 123 matçda nail olub.

Qeyd edək ki, FIFA-nın rəsmi statistikasında isə Salahın 68 qolu var. Bu fərq bəzi yoldaşlıq görüşlərinin qurum tərəfindən rəsmi A kateqoriyalı beynəlxalq oyun kimi tanınmaması ilə bağlıdır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью