Salah oyunun ən yaxşısı seçildi

04.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Salah oyunun ən yaxşısı seçildi

DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində keçirilən Avstraliya - Misir oyunun ən yaxşısı müəyyənləşib. 

QOL.az FİFA-nın saytına istinadən xəbər verir ki, matçın ən yaxşısı adına Misir millisinin lideri Məhəmməd Salah layiq görülüb.  

Təcrübəli futbolçu penaltilər seriyasında dəqiq oynayıb.

Qeyd edək ki, əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün oyunsonrası penaltilər seriyasında rəqibini 4:2 hesabı ilə məğlub edən Misir millisi 1/8 finala adlayıb. Afrika təmsilçisi növbəti mərhələdə Argentina - Kabo-Verde görüşünün qalibi ilə qarşılaşacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью