Salah özünü Barselona ya təklif etdi

11.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Misirli futbolçunun menecerləri artıq onun xidmətlərini Kataloniya klubunun rəhbərliyinə təklif ediblər. 

Bildirilir ki, Salah "Barselona"ya keçərsə, ispan nəhənginin La Liqanın maliyyə tələblərini ödəyə bilməsi üçün maaşında ciddi endirim etməli olacaq.

"Barselona" maliyyə problemləri səbəbindən hazırda 32 yaşlı forvardı transfer etmək barədə ciddi düşünmür. Lakin klubun yayda bu təklifi dəyərləndirməsi ehtimalı da var.

Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 30 qol vurub və 22 məhsuldar ötürmə verib. Onun "Liverpul"la müqaviləsi cari mövsümün sonuna qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью