Salah özünü “Barselona”ya təklif edib?

17.03.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məhəmməd Salah karyerasını “Barselona”da davam etdirə bilər. Bu barədə “Diario Sport” məlumat yayıb.

İddiaya əsasən, menecerləri artıq misirli futbolçunun xidmətini İspaniya klubuna təklif ediblər.
Xəbərdə o da bildirilir ki, Salah “Barselona”ya keçəcəyi halda bu klubun La Liqanın maliyyə tələblərini ödəyə bilməsi üçün maaşında ciddi azalmaya razılaşmalı olacaq. “Barselona” rəhbərliyi maliyyə problemləri səbəbindən hazırda 32 yaşlı forvardı transfer etmək barədə düşünmür. Lakin klubun yayda bu təklifi dəyərləndirməsi ehtimalı da var.
Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью