Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında yüksəldi

16.08.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Liverpul"un futbolçusu Məhəmməd Salah növbəti uğuruna imza atıb.

QOL.az xəbər verir ki, o, bunu Premyer Liqanın 1-ci turunda "Bunrmut"la görüşdə (4:2) qol vurmaqla bacarıb. 33 yaşlı hücumçu İngiltərə çempionatındakı qollarının sayını 187-yə çatdırıb. Bununla da o, Premyer Liqa tarixinin bombardirləri siyahısında 4-cü yerə yüksəlib. 

Sıralamaya 260 qolla Alan Şirer liderlik edir. Harri Keyn 213 qolla 2-ci, Ueyn Runi isə 208 qolla 3-cüdür.

Qeyd edək ki, misirli forvard 2017-ci ildən "Liverpul"un formasını geyinir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью