Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunda Misir millisi Cənubi Afrika yığması ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, qarşılaşma "fironlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın taleyini həll edən yeganə qolu 45-ci dəqiqədə penaltidən Məhəmməd Salah vurub.
Bu nəticədən sonra B qrupunda xallarını 6-ya çatdıran Misir millisi liderliyə yüksəlib. Cənubi Afrika isə 3 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, 24 komandanın iştirak etdiyi turnir yanvarın 18-dək davam edəcək.