Salah Runinin bir addımlığında

10.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul"un hücumçusu Mohammed Salah "Aston Villa" ilə qarşılaşmada 1 qol və 1 ötürmə ilə yadda qalıb. Sport24.az xəbər verir ki, bu, misirli futbolçunun Premyer Liqada 35-ci belə oyunu olub.

Bu göstəricidə"Mançester Yunayted"in keçmiş futbolçusu Ueyn Runi rekordçudur. Onun hesabında qol və ötürmə ilə nəticələnən 36 matç var.

Qeyd edək ki, 11-ci turda 2:0 hesabı ilə qaib gələn "Liverpul" 28 xalla ən yaxın izləyicisini 5 xal qabaqlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью