Salah sərt tənqid olunur SƏBƏB İdman və Biz

26.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah azarkeşlərin tənqidinə tuş gəlib.

İdman.biz xəbər verir ki, buna misirli futbolçunun ailəsi ilə birlikdə Milad yolkası önündə şəklini paylaşması səbəb olub.

32 yaşlı futbolçu müsəlmandır və İslam ənənəsində katolik Milad bayramını qeyd etmək adəti yoxdur. Paylaşıma yazılan şərhlərdə internet istifadəçilərinin bir çoxu Salahı tənqid edərək, həm də onu dininə xəyanət etməkdə günahlandırıb.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Onun ingilis klubu ilə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmağa yaxın olduğu bildirilir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью