Salah Səudiyyə Ərəbistanı klubuna keçəcək

14.01.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Liverpul"un aparıcı oyuncularından Məhəmməd Salah mövsüm başa çatdıqdan sonra komandasını tərk edəcək.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, misirli Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə razılaşıb.

Misirli hücumçu daha əvvəl mövsümün sonunda "Liverpul"u tərk edəcəyini söyləmişdi:

“Həqiqətən "Liverpul"la Premyer Liqanı qazanmaq niyyətindəyəm. Bu, mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”.

32 yaşlı Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib.

Onun Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
 

"Fənərbaxça"dan vacib 3 xal Çalhanoğlu zədələnib - "İnter"də şok itki "Fənərbaxça"da ciddi itki "Bornmut"un futbolçusu "Valensiya" yolunda Aleks de Souza ilə yollar ayrılıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью