Salah “Trabzonspor”a gəldi, azarkeş 100 milyon lirə xərclədi

10.08.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Türkiyənin “Trabzonspor” futbol klubunun sabiq vitse-prezidenti Nevzat Aydın stadiondakı lojası ilə bağlı diqqətçəkən qərar verib.

İdman.Biz xəbər verir ki, klubun azarkeşi Nevzat Aydın lojasının müddətini 2040-cı ilədək uzadıb.

Bunun üçün təxminən 100 milyon Türkiyə lirəsi ödədiyi bildirilib.

Maraqlıdır ki, bu qərar “Trabzonspor”un dünya ulduzu Mohamed Salahı heyətinə qatmasından dərhal sonra gündəmə gəlib. 34 yaşlı misirli hücumçu Türkiyə klubu ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, 100 milyon Türkiyə lirəsi təxminən 2 milyon ABŞ dolları təşkil edir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью