Salah “Trabzonspor”a gəlir? Rəsmi

01.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyənin “Trabzonspor” klubu ilə misirli futbolçu Məhəmməd Salah arasında heç bir müqavilə bağlanmayıb.

Axar.az xəbər verir ki, bu barədə “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan deyib.

“Belə bir razılaşma yoxdur. Əgər olsaydı, mətbuata və azarkeşlərə məlumat verilərdi. Belə bir şey yoxdur! Salah dünyaca məşhur, çox peşəkar, çox uğurlu oyunçudur. İngiltərə Premyer Liqanın ən uğurlu futbolçularından biridir. Salahı kim istəməz ki? Amma bizim belə bir razılaşmamız yoxdur”, - klub prezidenti əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью