Salah üçün ağlasığmaz təklif ildə 170 milyon avro maaş

30.10.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu Misir millisinin və “Liverpul”un ulduzu Məhəmməd Salaha fantastik təklif göndərib.

Fanat.Az xəbər verir ki, sözügedən klub 32 yaşlı futbolçuya ildə 170 milyon avro məvacib təklif edib. Bu, hazırda dünyanın ən yüksək illik gəliri hesab olunur.

Məlumatı “TBR Football” nəşri yayıb.

Təklifin detalları da diqqət çəkir. Belə ki, Salah Səudiyyə Ərəbistanında turizm səfiri vəzifəsini icra edəcək, həmçinin təmsil etdiyi klubun səhmlərinin müəyyən bir hissəsinə də sahib olacaq.

İddialara görə, futbolçunun bu müqaviləni qəbul etməsi halında o, Səudiyyə Ərəbistanının idman və iqtisadi layihələrinin əsas simalarından birinə çevriləcək.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью