Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Liverpul"un hücumçusu Məhəmməd Salah və "Mançester Siti"nin forvardı Erlinq Haaland İngiltərədə fiziki şəxslər arasında ən çox vergi ödəyən 100 nəfərin siyahısına daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.
Həftəlik təxminən 400 min funt sterlinq maaş alan Salah siyahıda 81-ci pillədə qərarlaşıb. Həftəlik 500 min funt qazanan Holand isə 72-ci yerdədir.
Bildirilir ki, misirli futbolçu hər il 14,5 milyon funt sterlinq, norveçli hücumçu isə 16,9 milyon funt sterlinq məbləğində vergi ödəyir.
Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Erlinq Haalandın "Mançester Siti" ilə anlaşması isə 2034-cü ilin yayına qədər nəzərdə tutulub.