Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Mohamed Salah "Liverpul"dakı gələcəyi ilə bağlı növbəti dəfə açıqlama verib.
İdman.biz xəbər verir ki, misirli futbolçu "Sky Sport"a müsahibəsində mövsümün sonunda komandanı tərk ehtimalını yüksək olduğunu deyib.
"Mövsümün sonunda "Liverpul"la Premyer Liqanın qalibi olmaq istəyirəm. Buradakı son aylarımdır və klubla xüsusi anı yaşamaq arzusundayam. Yeni müqavilə ilə bağlı hər hansı yenilik yoxdur. Gözləmək lazımdır", - deyə 32 yaşlı forvard bildirib.
Qeyd edək ki, Salah "qırmızılar"la müqaviləsi mövsümün sonunda bitəcək. Klubun ona yeni 3 illik müqavilə təklif etdiyi xəbərləri yayılsa da, hələlik rəsmi anlaşma açıqlanmayıb.
İdman.biz