Salahdan “Liverpul”u tərk edə biləcəyinə eyham: “Unutmayacam” İdman və Biz

05.11.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu kubun yeri turnir cədvəlinin zirvəsindədir. Bundan heç az deyil”.

İdman.biz xəbər verir ki, bu sözlər “Liverpul”un futbolçusu Məhəmməd Salaha məxsusdur.

Misirli hücumçu Premyer Liqanın X turunun “Brayton”la oyunundan (2:1) sonra paylaşım edib. Onun vurduğu qələbə qolu 25 xala malik komandanı zirvəyə daşısa da, Salah “Liverpul”u tərk edə biləcəyinə eyham vurub: “Bütün komandalar qalib gəlir, amma yekunda bir çempion olur. Bax, biz də bunu istəyirik. Oyun axşamındakı dəstək üçün təşəkkür edirəm. Amma nə baş verirsə versin, “Enfild”də qol vurmağın necə olduğunu heç vaxt unutmayacam”.

Qeyd edək ki, 2017-ci ildən “Liverpil”da çıxış edən Salahın müqaviləsi mövsümün sonunda başa çatacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью