Salahdan sonra o da “Liverpul”dan ayrılacaq RƏSMİ

10.04.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul"un müdafiəçisi Endryu Robertsonun cari mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

31 yaşlı şotlandiyalı futbolçunun "Liverpul"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.

Xatırladaq ki, Endryu Robertson 2017-ci ildən "Liverpul"un formasını geyinir.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Salah cari mövsümün sonunda Mersisayd təmsilçisindən ayrılacağını açıqlamışdı.

Portuqaliya millisinin üzvü "Liverpul"un radarında Həftənin futbolçusu adına namizədlər bəlli oldu Hansı, oyun, hansı kanalda? - TV AFİŞA “Fənər”də şok itki - 3 həftə olmayacaq Türkiyə millisinin üzvü “Ayntraxt”dan ayrıla bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью