Salahdan yeni Premyer Liqa rekordu

05.12.2024

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Liverpul”un futbolçusu Məhəmməd Salah yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 14-cü turunda “Nyukasl”la matçda (3:3) nail olub. 

32 yaşlı hücumçu görüşdə dubl edib və məhsuldar ötürmə verib.

Salah İngiltərə çempionatlarında həm qol vurduğu, həm də qol ötürməsi etdiyi matçların sayını 37-yə çatdırıb. Bu isə rekord göstəricidir.

Əvvəlki rekord isə Ueyn Runiyə məxsus idi - 36 oyun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью