Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hücumçu Məhəmməd Salah Misir milli futbol komandasının yeni qol rekorduna imza atıb.
Yeniavaz.com xəbər verir ki, o, bu nailiyyəti Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə ev oyununda əldə edib.
Matç 5-0 hesabı ilə Misirin xeyrinə başa çatıb. Salah oyunda iki dəfə fərqlənib. O, qolların birini 84-cü dəqiqədə, digərini isə əlavə vaxtın beşinci dəqiqəsində vurub.
Bununla da, Salahın Misir milli komandasında vurduğu qolların sayı 70-ə çatıb. O, bu nəticə ilə 2026-cı il Dünya Kubokunda komandanın baş məşqçisi olan Hossam Həsəni geridə qoyub. Salah bu nəticəyə 123 oyunda çatıb. Hossam Həsən isə 69 qolu 176 oyunda vurub.
Qeyd edək ki, 34 yaşlı Salah 2026-cı ilin yayında Türkiyənin “Trabzonspor” klubuna keçib. O, 2017-ci ilin yayından bəri “Liverpul”da oynayırdı. O, komandada müxtəlif yarışlarda 442 oyun keçirib, 257 qol vurub və 123 məhsuldar ötürmə edib. Salah komandanın uelsli hücumçu Yan Raşdan (339) və ingilis hücumçu Rocer Hantdan (280) sonra üçüncü ən çox qol vuran oyunçusudur.
Salah “Liverpul”la İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını, İngiltərə Kubokunu, İngiltərə Super Kubokunu, UEFA Super Kubokunu, FIFA Klublararası Dünya Kubokunu və iki Liqa Kubokunu qazanıb.