Salahı Trabzonda 25 min azarkeş qarşıladı Video

06.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Salahı Trabzonda 25 min azarkeş qarşıladı - Video

Misir millisinin hücumçusu Məhəmməd Salah “Trabzonspor”a keçidini rəsmiləşdirdikdən sonra Trabzonda möhtəşəm şəkildə qarşılanıb.

QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, özəl təyyarə ilə Trabzon hava limanına gələn ulduz futbolçunu 25 minə yaxın azarkeş qarşılayıb. Bordo-mavililərin fanatları məşəllər yandıraraq Salahı alqışlarla və şüarlarla salamlayıblar.

Salah əvvəllər belə qarşılanma görmədiyini bildirib: “Əvvəlcə deyim ki, burada olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Açığı, nə qədər təəccübləndiyimi və nə qədər sevindiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çünki burada 25 min nəfər var. İnanın, əvvəllər belə qarşılanmanı gördüyümü xatırlamıram”.

Misirli futbolçu klubun uğurları üçün əlindən gələni edəcəyini də vurğulayıb:

“Burada olduğum üçün çox xoşbəxtəm. Həm çempionatda, həm də Avropada uğur qazanmaq üçün çox çalışacağıq. Çıxış etdiyim bütün klublarda uğurlar əldə etmişəm. Həmişə uğurlu futbolçu olmuşam. Burada da vəzifəm bunu davam etdirmək olacaq”.

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью