Salahın bu ərəb klubunda oynayacaq

18.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah və mərkəz müdafiəçisi Vircil van Dijk bu yay müqavilələri başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməyə yaxındırlar.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Əl-Hilal”ın prezidenti Fəhad bin Nafel və Səudiyyə Peşəkar Futbol Liqasının vitse-prezidenti Saad Əl-Ləziz hazırda Salah ilə müqavilənin imzalanmasını başa çatdırmaq üçün Londondadırlar.

Salah 99% “Əl-Hilal”ın oyunçusudur və Virgil van Deyk də buna çox yaxındır. Hər şey razılaşdırılıb, yerdə qalan hər iki futbolçunun müqavilə imzalamasıdır.

Ərəb futbol ekspertinin sözlərinə görə, bu transferlər yayda, Klublararası Dünya Çempionatından əvvəl baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью