Salahın ərəblərin təklifini qəbul etməməsinin səbəbi bəlli olub

15.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Liverpul"un hücumçusu Məhəmməd Salahın 500 milyon funt sterlinqlik təklifdən imtina edib Səudiyyə Ərəbistanına yollanmamasının səbəbi aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, misirli futbolçu hələ də Premyer Liqa və Çempionlar Liqasının həyacanını yaşamaq istəyir. Məhz bu üzdən "Liverpul"la müqaviləsinin müddətini artırıb.

Üstəlik, o, həftədə təxminən 400 min funt sterlinq maaşla yenə də İngiltərə klubunun ən yüksək maaş alan oyunçusu olacaq. O da müəyyənləşib ki, Salah ingilislərlə yeni iki illik müqaviləni başa vurduqdan sonra Səudiyyə Ərəbistanı ilə bağlı variantı gözdən keçirəcək.

Qeyd edək ki, Misir millisinin də formasını geyinən oyunçu cari mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə 46 oyun keçirib, 32 qol vurub və 23 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью