Salahın əvəzinə türkiyəli hücumçu

07.03.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli hücumçu Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatında məlumat yayılıb.

"Liverpul"un "Yuventus"un futbolçusu ilə maraqlandığı bildirilib. "Qırmızılar" mövsümün sonunda komandanı tərk etməsi gözlənilən Mohamed Salahı Kenanla əvəz etmək arzusundadırlar. İngilis təmsilçisinin qarşı tərəfə 80 milyon avro təklif hazırladığı vurğulanıb. Amma turinlilər 19 yaşlı forvard üçün ən azı 100 milyon avro qazanmaq niyyətindədirlər.

Qeyd edək ki, Yıldız bu mövsümdə meydana çıxdığı 40 oyunda 6 qol və 4 ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la 2029-cu ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью