Salahın yerini doldurmaq çox çətin olacaq Cerrard

26.03.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard

"Liverpool”un keçmiş kapitanı Stiven Cerrard komandanın hücumçusu Məhəmməd Salahın yayda klubu tərk edəcəyi ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, o, "goal"a açıqlamasında bildirib ki, misirli oyunçunun yerini doldurmaq olduqca çətin olacaq və klub bu boşluğu yalnız dünya səviyyəli futbolçu ilə əvəzləyə bilər:

“Onu əvəz etmək üçün böyük fayda verəcək oyunçu almalısınız. Bu, ən yüksək səviyyəli futbolçu — dünyanın ən yaxşı 3-4 vingerindən biri olmalıdır. Onun yerini doldurmaq çox çətin olacaq".

Qeyd edək ki, Salah “Liverpool”dakı son mövsümünü keçirdiyini açıqlayıb. 2017-ci ildən İngiltərə klubunda çıxış edən futbolçu bu müddətdə Premyer Liqada 310 oyunda 189 qol vurub və 92 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью