Salahın zirvəyə yüksəlməsi üçün daha 9 qol lazımdı

26.01.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məhəmməd Salah İngiltərə Premyer Liqasında legionerlər arasında ən sərrast futbolçular siyahısında 2-ci pilləyə yüksəlib. Sport24.az xəbər verir ki, misirli forvard 176-cı qolunu vuraraq Tyerri Anrini (175) arxada qoyub.

Siyahıya "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero başçılıq edir. Argentinalının hesabında 184 top var. Salahın Serxionu ötməsi üçün daha 9 qol vurması lazımdı.

Qeyd edək ki, 32 yaşlı futbolçu "İpsviç" (4:1) oyunda bir dəfə fərqlənib. Onun hesabında bu mövsümdə 19 qol və 13 ötürmə var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью