Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda salam vermədiyinə görə tanışını 14 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Lent.az-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilib.
Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib. Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı
Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər.
Lakin sonradan Bəhrəm İbayev qohumunun rəhmətə getməsi səbəbindən 2 aylıq Göyçay rayonuna getməli olub.
Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istətməsi, saymazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidir.
İttiham aktında göstərilib ki, o, bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.