Salas mərcə görə saxlanıldı

14.01.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın “Sevilya" komandasının futbolçusu Kike Salas saxlanılıb.

"Unikal" xəbər verir ki, müdafiəçi oyun zamanı qəsdən sarı vərəqə almaqda şübhəli bilinir.

Futbolçu oyun zamanı qəsdən sarı vərəqə alıb ki, bir neçə şəxs mərci qazana bilsin.

Polisin apardığı araşdırmaya əsasən, dələduzluq La Liqanın ötən mövsümünün son matçlarında baş verib.

İstintaq təsdiqini tapsa, Kike Salas altı aydan üç ilədək həbs cəzası alacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью