Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

05.06.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məhsuliyyətli Cəmiyyətnin (MMC direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə Xəlilov Zülfüqar Qarakişi oğlu vəzifəsindən azad edilib.

Saleh Məmmədovun digər əmri ilə MMC-nin direktoru vəzifəsinə Feyzullayev Əflatun Xanoğlan oğlu təyin olunub. 

Qeyd edək ki, 6 saylı "Magistral Yolların İstismarı" MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda "Orion-E" MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da  "Orion-E" MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb. 

Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью