Saleh Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək | Icma.az
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.
"Unikal" bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xaçmaz rayonu “4 №-li Yol İstismarı” və Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu