Saleh Rüstəmli də saxlanıldı Bakıya gətirilir KONKRET

29.11.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli saxlanılıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.

Onun Gədəbəydən Bakıya gətirildiyi bildirilir.

Xatırlatma: Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. S.Rüstəmli 2022-ci ilin may ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью