Saleh Rüstəmov evinə buraxıldı oğlu işgəncə iddialarını təkzib etdi

30.11.2025

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən ifadə üçün Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmov azadlığa buraxılıb.

Turkustan.az xəbər verir ki, bu barədə onun oğlu Sezgin Rüstəmov sosial şəbəkə hesabında məlumat yayıb. O yazıb: “Atam azadlıqda! Vəziyyəti yaxşıdı, işgəncə məlumatı doğru deyil. Söhbət aparılıb”.

Sezgin Rüstəmovun sözlərinə görə, atası istintaqa cəlb edilərək ifadə verdikdən sonra evinə buraxılıb və səhhəti normaldır. O, Saleh Rüstəmova qarşı guya işgəncə tətbiq olunması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib./musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью