Salehi: “Xamineyi Ermənistanı çox sevir”

02.06.2025

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Bu günlərdə Ermənistanda səfərdə olan İran dini liderinin müşaviri və keçmiş XİN başçısı Əli Əkbər Salehi İrəvan Universitetində geniş müzakirələrə qatılıb.

Tribunainfo.az xəbər verir ki, “İran dili Fondu”nun rəhbəri olan Salehi iki ölkə arasında münasibətlərdən danışıb.

O, tədbirdə iştirak edən iranşünas Vardan Voskanyanın təxribatçı müzakirələrə cəhd etməsindən ustalıqla yayınmaqla yanaşı, həm də Qarabağ məsələsindən danışmaqdan diplomatik şəkildə boyun qaçırıb. Lakin Salehi bildirib ki, İranın dini lideri Əli Xamineyi Ermənistanı çox sevir. “Xamineyi az sayda ölkə haqqında xoş sözlər deyir. Onlardan biri də Ermənistandır ki, onun barəsində mehriban danışır”

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью