Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Mövsümün əvvəlində “Zirə”dən İsveçin “Malmö” klubuna transfer olunan Salifu Suma Azərbaycana qayıda bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 22 yaşlı vingerlə qəsəbə təmsilçisi yaxından maraqlanır.
Premyer Liqa təmsilçisinin rəhbərliyi komandanın hücum xəttində yaşanan problemlər və zədəli futbolçuların çoxluğu səbəbindən heyəti gücləndirməyi planlaşdırır. Hazırda futbolçunun mümkün keçidi ilə bağlı müzakirələr aparılır.
İsveç klubunun Sumanı icarə əsasında buraxmağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Salifu Suma bu mövsüm “Malmö”nün heyətində 5 rəsmi matçda forma geyinib.
“Zirə” hücumçu transfer edir - SADIQOV AÇIQLADI Saşa İliç: “Maraqlı oyun oldu” Rəşad Sadıqov: “Qələbə üçün ən yaxşısını etməlisən” “Zirə” “Sumqayıt” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Dambrauskas: “Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiz?”