Salifu Suma Sloveniya klubuna keçir?

19.07.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zirə”nin qvineyalı futbolçusu Salifu Sumanın Sloveniyanın “Maribor” klubuna keçidi iddia edilir.

İdman.biz xəbər verir ki, legionerin karyerasına harada davam edəcəyi dəqiqləşməyib.

Sloveniyanın “Naqomania” portalı transfer xəbərlərini təkzib edərək yazıb ki, Sumanın bu yaxınlarda Kiyev "Dinamo"suna keçidi baş tutmayıb.

“Maribor” Sumaya 1,5 milyon avro ödəyəcəkləri haqda çıxan xəbərləri təkzib edib. Klubun bu qiymətə hansısa futbolçunun transferinə xərcləməyə hazır olmadığı bildirilir. 21 yaşlı vingerin başqa şərtlərlə Sloveniya komandasının sıralarına keçib-keçməyəcəyi isə dəqiq deyil.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью