Salih Özcanın meneceri “Beşiktaş”ı bezdirdi | Icma.az
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Beşiktaş” bu transfer dönəmində hələ ki yeni futbolçular almır, yalnız Sərgən Yalçına lazım olmayan isimlərlə yollarını ayırır."Football-plus.az" xəbər verir ki, Yonas Svensson “Rusenborq”a, David Yurasek “Slaviya”ya, ailəvi səbəblər üzündən vətəninə yollanan Qabriel Paulista “Korintians”a, Mərt Günok “Fənərbaxça”ya transfer olunubsa, Nəcip Uysal əsas heyətdən kənarlaşdırılıb.
“Çelsi”nin qapıçısı Filip Yorgensen, “Vulverhempton”lu Emmanuel Aqbadu, “Latsio”lu Nuno Tavareş ilə danışıqlar davam etsə də, hələlik onlardan heç birinin keçidini rəsmiləşdirmək mümkün olmayıb.
Bu arada “qartal” Salih Özcanla anlaşma əldə etsə də, futbolçunun menecerinin davranışı rəhbərliyi bezdirib.
“Borussiya” ilə müqavilə müddəti mövsümün sonunda bitəcək. Təcrübəli futbolçu bu klubda illik 2,5 milyon avro qazanırdı.
“Ağ-qaralar” eyni şərtlərlə Salihə 3,5 illik müqavilə təklif edib.
Amma Türkiyə yığmasının üzvünün meneceri “Beşiktaş”dan illik 4 milyon avro maaş tələb edir!
Rəhbərlik isə qətiyyən bu şərtlərlə razılaşmaq niyyətində deyil. Bu üzdən danışıqlar artıq dayandırılmaq üzrədi.
Tam oxu
Xəbəri oxu