Sallivan Çinin Ukrayna münaqişəsinin həllində iştirakı ideyasını bəyənib | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat verir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Amerikanın seçilmiş
Bizimyol.info xəbər verir ki, bu barədə Sallivan Nyu-Yorkdakı 92NY mədəniyyət mərkəzində çıxış edərkən deyib.
“Çinin Ukraynada ədalətli sülhə nail olmaq üçün hansısa yolla danışıqlara cəlb oluna biləcəyi fikri pis ideya deyil.
Düşünürəm ki, Trampın səsləndirdiyi fikir məntiqlidir, mən də bu barədə düşündüm”, - deyə o qeyd edib.
Sallivan bildirib ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və “dünya səhnəsində mühüm oyunçudur”.
Baydenin müşaviri əlavə edib ki, o, Çin, Avropa ölkələri və Ukrayna nümayəndələri ilə Pekinin münaqişənin həllində oynaya biləcəyi rolu müzakirə edib.
Eyni zamanda, onun sözlərinə görə, Vaşinqton Çinin Avropa işlərində “əsas vasitəçi” olmasını istəməz.
Dekabrın əvvəlində Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün təcili olaraq “atəşkəsi dayandırmaq və danışıqlara başlamaq” zərurətini bəyan etmişdi və qeyd etmişdi ki, danışıqlar prosesində “Çin kömək edə bilər”.
Tam oxu
Xəbəri oxu