Salma Hayek 60 yaşında!

04.09.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aktrisa Salma Hayekin 60 yaşı tamam olub.
OLAY yazır ki, o, ad gününü qızı Valentina Pino, eləcə də ailə üzvləri və dostları ilə birlikdə İtaliyada qeyd edib. Tədbirdən görüntüləri qonaqlardan biri — rejissor Alfonso Kuaronun qızı Bu Kuarona sosial şəbəkələrdə paylaşıb.

Videoda Hollivud ulduzu dərin dekolteli gecə libasında qızı Valentina və rəfiqəsi ilə birlikdə tortun qarşısında dayanıb. Meksika ənənəsinə əsasən, ad günü sahibi tortdan ilk tikəni özü dişləməli və arzu tutmalıdır. Hayek də bu ənənəni yerinə yetirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью