Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, liderlər Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əməkdaşlığı və onun müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını müzakirə edib, bir sıra regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.
Həmçinin ABŞ və İran arasında danışıqlar da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetirilib.
Onlar həmçinin dəniz yollarının təhlükəsizliyinin təmin edilməsinin, qorunmasının və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar.