“Salman Xan 6 həftə məni qorudu”

14.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Aktrisa və rəqqasə Oksana Rəsulova Hindistanda iştirak etdiyi layihə və Bollivud ulduzu Salman Xanla bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi “Qapqara” yutub layihəsində qonaq olarkən Hindistanda olduğu müddətdə Salman Xanın ona dəstək göstərdiyini bildirib.

Oksana deyib ki, aktyorun münasibətindən sonra digər iştirakçıların da ona qarşı davranışı dəyişib:

“Salman Xan məni 6 həftə qorudu. Heç kim məni layihədən çıxara bilmirdi. 6 həftə toxunulmaz idim. Mənə görə hindistanlılardan səs istəyirdi. Onun reaksiyasından sonra digər iştirakçıların da mənə münasibəti dəyişdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью