Icma.az bildirir, Axsham.az portalına istinadən.
Hindistanda Bollivud aktyoru Tayqer Şroffun avtomobilinə atəş açılıb.
Axşam.az xəbər verir ki, hadisə oktyabrın 18-də Mumbay şəhərində, aktyorun futbol matçından qayıtdığı zaman baş verib. Motosikletlə gələn naməlum şəxslər onun avtomobilini atəşə tutaraq hadisə yerindən qaçıblar.
Atışma nəticəsində aktyorun sürücüsü Firdaus və yoldan keçən avtorikşa sürücüsü güllə yarası alıblar. Onlara tibbi yardım göstərilib. Şroff xəsarət almasa da şüşə qırıntıları səbəbindən əlləri yaralanıb.
Hadisədə şübhəli bilinən üç nəfər saxlanılıb. Saxlanılanlar barəsində adam öldürməyə cəhd, cinayət sövdələşməsi və silah qanunvericiliyinin pozulması ittihamları üzrə iş açılıb.
İddialara görə, hazırda həbsdə olan qanqster Lourens Bişnoyun dəstəsi hücuma görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Bildirilib ki, aktyorun Bollivud ulduzu Salman Xanla əlaqələri səbəbindən hədəf seçildiyi ehtimal olunur. Dəstə daha əvvəl Xanı da təhdid edib.