Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın mebel brendlərindən olan “SALOĞLU”nun ikinci brendi VENZANA Kürdəmirdə fəaliyyətə başlayır.
Marja.az Şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, yeni mağazanın açılışı 15 oktyabr 2026-cı il tarixində, saat 12:00-da baş tutacaq.
Açılış münasibətilə müştərilər üçün xüsusi kampaniyalar, endirimlər və sərfəli alış imkanları nəzərdə tutulub. Tədbir çərçivəsində DJ şou da təşkil ediləcək.
VENZANA ölkə üzrə onlayn satışa başlayıb
Şirkət, həmçinin VENZANA mağazalarının hələlik ölkənin bütün ərazisini əhatə etmədiyini nəzərə alaraq, VENZANA brendi altında ölkə üzrə onlayn satışa başladığını elan edib. Məlumata əsasən, onlayn sifarişlər yalnız mebel dəstləri üzrə qəbul olunur. Şirkət sifariş edilən mebellərin çatdırılması və quraşdırılmasının ödənişsiz həyata keçirildiyini bildirib.
Bundan əlavə, alıcılar sifarişlərinin ödənişini evlərində edə bilərlər.