Salome Zurabişvili Orbeliani sarayını tərk edib

29.12.2024

Icma.az, Azpost saytına istinadən bildirir.

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edib.

Zurabişvili mətbuat qarşısında çıxışından sonra iqamətgahın qarşısına toplanmış etirazçıların yanına keçib. O, legitimliyi özü ilə apardığını qeyd edib.

Xatırladaq ki, Salome Zurabişvili daha əvvəl Orbeliani sarayını tərk etməyəcəyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью