Salomon Rondon: “Real”dan titul almaq istəyirik”

17.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Paçuka”nın hücumçusu Xose Salomon Rondon FİFA Qitələrarası Kubokun finalında “Real”la oyundan gözləntilərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, futbolçu qələbə qazanmaq istədiklərini bildirib:

“Dörd gündə iki kubok aldıq və indi üçüncü kuboku “Real”dan almaq istəyirik. Bu gözəl klubun bir hissəsi olduğum və bütün bunları yaşadığım üçün çox xoşbəxtəm və qürur duyuram. Nəyə nail olduğumuzu sözlə ifadə etmək mümkün deyil.

Bəli, qitələrarası kuboka böyük ümidlər bəsləyirdik. Qətərə böyük bir turnir keçirmək və bizə böyük sevinc bəxş edən 2024-cü ili ən yaxşı şəkildə başa vurmaq niyyəti ilə gəldik. Ən yaxşı tərəfimizi göstərdik. Biz buraya KONKAKAF çempionu kimi gəlmişik və Amerika çempionu kimi ayrılırıq.

Qarşıda bizi həqiqətən çətin mübarizə gözləyir, lakin biz ona böyük həvəslə yanaşırıq. Artıq çox şeyə nail olmuşam, amma hələ ilin bitməsinə sayılı günlər qalıb. “Real” bizi gözləyir, bu inanılmaz motivasiyadır. Ümid edirəm ki, mövsümü qələbə ilə başa vuracağıq”.

Dünya futbolu, Əsas xəbərlər Ançelotti: “Finallar həmişə fərqlidir”

17 Dekabr 2024, 18:43

Böyük beşlik, Əsas xəbərlər “Real” Arnold üçün hərəkətə keçdi

29 Noyabr 2024, 23:35

Böyük beşlik, Əsas xəbərlər “Real”ın futbolçusu komandayla məşqə qoşulub

29 Noyabr 2024, 17:43

Böyük beşlik, Əsas xəbərlər Ançelottinin “Liverpul”a qarşı start heyəti bilindi

27 Noyabr 2024, 18:29

Böyük beşlik, Əsas xəbərlər Cud “Liverpul”a baş tutmayan keçidindən danışdı

26 Noyabr 2024, 23:51

Böyük beşlik, Əsas xəbərlər Perez: “Mövcud təqvim peşəkar futbolçular üçün zərərlidir”

24 Noyabr 2024, 19:02

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью