Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranlı müdafiəçi Nader Məhəmmədi qeyri-adi aut atışı ilə diqqət çəkib. O, Rusiyanın ikinci divizionunda çıxış edən “Spartak Kostroma”nın “SKA-Xabarovsk” üzərində qələbəsində (3:1) pay sahibi olub.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu görüşün gedişində salto edərək aut atışı yerinə yetirib. Onun 30 metrdən çox məsafəyə göndərdiyi top cərimə meydançasına düşüb və komanda yoldaşı başla zərbə endirərək qələbə qolunu vurub.
Məhəmmədinin bu hərəkəti sosial şəbəkələrdə geniş yayılıb. Futbolçu uzun müddətdir bu texnikadan istifadə etməsi ilə tanınır.
Qeyd edək ki, Məhəmmədi daha əvvəl İranın "Peykan" və "Traktor" klublarında çıxış edib.
(https://t.co/NCGM4EquGO) https://t.co/C7vnirPjug pic.twitter.com/4pak9gqzt0
— RPL Sky (@RPLNews_eng) August 9, 2026