Şalva Papuaşvili: AŞPA məruzəçilərinin bəyanatı impulsiv reaksiyadan başqa bir şey deyil

29.10.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 29 oktyabr 2025

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə məruzəçilərinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasına qarşı tənqidi bəyanatı impulsiv reaksiyadan başqa bir şey deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili AŞPA məruzəçilərinin bəyanatına münasibət bildirərkən deyib.

“Məhkəməyə müraciət etmək hüququ fundamental hüquqlardan biridir. Onsuz hüquqi dövlət yoxdur və bu hüquq tanınmadan Avropa Şurası ideyası mövcud ola bilməz. Hər hansı subyekti öz hüququndan istifadə etdiyinə görə ittiham etmək ya bu prinsipin anlaşılmamasıdır, ya da onun inkarıdır”, – deyə Papuaşvili vurğulayıb.

Spikerin sözlərinə görə, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının hər hansı təşəbbüsünün “mexaniki şəkildə tənqid olunması” göstərir ki, bəzi dairələr düşünülmüş mövqedən deyil, impulsiv reaksiya səviyyəsində çıxış edirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью