Şalva Papuaşvili: Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyəti günbəgün artır

29.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 29 may, AZƏRTAC

Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyəti günbəgün artır. Ölkələrimiz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təkcə ticarət yolu deyil, bu, bizim birgə səylərlə nəyə nail ola biləcəyimizin simvoludur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanın 28 May - Müstəqillik Günü ilə əlaqədar Tbilisidə təşkil olunmuş rəsmi tədbirdəki çıxışı zamanı söyləyib.

Papuaşvili deyib: “Biz əlaqələri və regional sabitliyi təşviq etmək üçün Azərbaycanla birgə işləməyə qəti şəkildə hazır olduğumuzu bildiririk. Biz infrastruktur, diplomatik və insani əlaqələr qurmağa davam edəcəyik. Bu, xalqlarımızın və regionumuzun çiçəklənməsinə kömək edəcək”.

Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Papuaşvili ölkəmizə sülh, gələcək inkişaf və tərəqqi arzulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью