Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcü xalqı Gürcüstan-Amerika münasibətlərində ölkənin yalnız faydalanmaq istədiyini deyil, həm də strateji tərəfdaşlığı dəstəkləməyə hazır olduğunu göstərmək üçün böyük işlər görüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
“Biz heç nə üçün lobbiçilik etməyəcəyik və buna ehtiyac da yoxdur. Gürcü xalqı Gürcüstan-Amerika münasibətlərində ölkəmizin həm faydalanmaq istədiyini, həm də strateji tərəfdaşlığı dəstəkləməyə hazır olduğunu nümayiş etdirmək üçün çox iş görüb”, - deyə Papuaşvili vurğulayıb.
O deyib ki, Gürcüstanın strateji tərəfdaşlığın gücləndirilməsində oynadığı rolu anlamaq üçün ölkənin NATO ilə əməkdaşlığını nəzərə almaq lazımdır. Gürcüstan Əfqanıstanda NATO-ya üzv olmayan ölkələr arasında ən böyük hərbi kontingentlə təmsil olunub. Hətta NATO üzvü olan dövlətlər arasında kontingent sayına görə dördüncü yerdə olub. Biz amerikalılarla çiyin-çiyinə vuruşduq.
Papuaşvili, həmçinin vurğulayıb ki, Helsinki Komissiyası və bəzi konqresmenlərin Gürcüstan əleyhinə ritorikası, əslində, ölkənin ümumi işinə verdiyi töhfəni dəyərləndirmədiklərini göstərir. “Münasibətləri bərpa etmək üçün Gürcüstan əleyhinə ritorika dayandırılmalıdır”, – deyə Papuaşvili bildirib.