Salvador ABŞ dən olan təhlükəli cinayətkarlar üçün öz həbsxanalarını təklif edib

04.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Salvador ABŞ-dən olan təhlükəli cinayətkarları öz həbsxanalarında yerləşdirməyi təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ-nin Dövlət Katibi Marko Rubionun Salvador Prezidenti Nayib Bukele ilə San-Salvadorda keçirdiyi görüşün yekunları üzrə məlumatında deyilir.

Bildirilir ki, görüş əsnasında qanunsuz miqrasiya ilə mübarizəyə dair çoxlu sazişlər bağlanıb. N.Bukele zorakılıq cinayətləri törətmiş qanunsuz miqrantları, o cümlədən Venesuelanın "Tren de Aragua" bandasının üzvlərini və istənilən ölkədən qeyri-leqal miqrantları qəbul edərək ölkə həbsxanalarında yerləşdirmək vədini verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью