Salvadorda 50 milyon dollar dəyərində kokain daşıyan gəmi saxlanılıb AZƏRTAC

25.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 noyabr, AZƏRTAC

Salvador hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə etməyə nail olublar.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Estero de Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik vasitə daşıdığı gəmi saxlanılıb.

Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью