Salvadorda 50 milyon dollar dəyərində kokain yüklü qayıq ələ keçirilib

25.11.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Salvadorda hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə ediblər.

APA xəbər verir ki, bu haqda Salvador prezidenti Nayib Bukele “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Estero Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik daşıdığı gəmi saxlanılıb.

Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью