Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
5 kiloqram narkotik vasitə aşkarlanıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.